Bazar ertəsi, 21 Sentyabr, 2026
Tarix: 18 May 2026 15:47
Yay mövsümünə keçidlə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə səfərlər iyunun 6-dan etibarən şənbə və bazar günləri ikitərəfli qaydada təşkil olunacaq.
“APA-Economics” xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
Məlumata görə, həftəsonları qatarlar həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkət edəcək.
Sərnişinlər biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə edə bilərlər.
İlahə Səlimova Bakı-Qəbələ-Bakı dəmiryolu qatar reys həftəsonuMənbə: apa.az