“EFES-2026” təlimində gəminin ələ keçirilməsi tapşırığı icra edilib - VİDEO

“EFES-2026” təlimində gəminin ələ keçirilməsi tapşırığı icra edilib - VİDEO

Tarix: 18 May 2026 17:33

Türkiyədə keçirilən “EFES-2026” çoxmillətli birgə təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, əməliyyat planına uyğun olaraq, iştirakçı ölkələrin hava-desant bölmələri şərti düşmən gəmisinin ələ keçirilməsi tapşırığını icra ediblər.

Hücum helikopterləri ilə hədəfə yaxınlaşan qruplar, qısa müddət ərzində gəminin göyərtəsinə eniş həyata keçiriblər.

Yüksək peşəkarlıq və koordinasiya ilə icra edilən əməliyyat nəticəsində gəmi tam nəzarətə götürülüb, ekipaj üzvləri zərərsizləşdirilib və təhlükəsizlik tədbirləri təmin edilib.

Selcan Zaurqızı Müdafiə Nazirliyi EFES-2026 Türkiyə

Mənbə: apa.az

Xəbər Lenti