Cümə axşamı, 21 May, 2026
Tarix: 19 May 2026 14:32
Azərbaycan Avrasiya regionunun strateji kəsişmə nöqtəsində yerləşir və həyata keçirilən siyasət nəticəsində tranzit daşımalarının həcmi demək olar ki, iki dəfə artıb.
APA xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev WUF13 cərcivəsində təşkil olunan "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" xüsusi sessiyası zamanı bildirib.
Onun sözlərinə görə, ötən il ölkə ərazisindən təxminən 17 milyon ton yük daşınıb.
Rəşad Nəbiyev onu da əlavə edib ki, dövlət rəhbərliyinin təşəbbüsü ilə şəhər məkanlarının transformasiyasına başlanılıb.
"Əsas diqqət mobilliyə və ictimai nəqliyyatın inkişafına yönəldildi. Biz öz qarşımıza konkret məqsədlər qoyduq və həmin məqsədlərə necə çatacağımızı müəyyən etdik. Bu yanaşma sonrakı bütün addımlarımızın əsasını təşkil etdi", - nazir qeyd edib.
Onun sözlərinə görə, əsas məqsəd vətəndaşların şəxsi avtomobillərdən və taksilərdən istifadəsini azaltmaq, onları ictimai nəqliyyata yönləndirməkdir.
Emil İsmayılov WUF13 Rəşad Nəbiyev Tranzit daşımaları
Mənbə: apa.az