Cümə axşamı, 23 İyul, 2026
Tarix: 19 May 2026 16:44
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr 1 milyard 271,2 milyon manat məbləğində xidmət göstərib.
"APA-Economics"ə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9% çoxdur.
Xidmətlərin 70,5%-i əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 408,7 milyon manatı (32,2%-i) mobil telefon rabitəsi sahəsində formalaşıb.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il mobil telefon rabitəsi sahəsində gəlirlər 5,1% artıb.
İlahə Səlimova mobil operatorlar gəlirlər informasiya və rabitəMənbə: apa.az