Anar Quliyev: Urbanizasiya bizim üçün yeni anlayış deyil, bu, kimliyimizin bir hissəsidir

Anar Quliyev: Urbanizasiya bizim üçün yeni anlayış deyil, bu, kimliyimizin bir hissəsidir

Tarix: 19 May 2026 17:42

Türk dünyası dünyanın ən qədim şəhər mədəniyyətlərindən biridir.

APA xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Yüksək Səviyyəli Şəhər Dialoqunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O qeyd edib ki, regionun tarixi şəhərləri bir zamanlar ticarət, elm, astronomiya, memarlıq sahəsində bəşəriyyətin ən böyük nailiyyətləri sırasında olub: “Bu gün burada, İçərişəhərin UNESCO Dünya İrsi siyahısında yer aldığı Bakıda toplaşmışıq. Urbanizasiya bizim üçün yeni anlayış deyil. Bu, bizim kimliyimizin bir hissəsidir. Lakin bu gün bizi birləşdirən yalnız ortaq miras deyil. Bizi ortaq çağırışlar da birləşdirir. Regionumuz sürətlə urbanizasiya olunur. Son 10 ildə Mərkəzi və Qərbi Asiyada şəhər əhalisi təxminən 35–45% artıb. Bu sürətli urbanizasiya ciddi problemlər yaradır, təcili tədbirlər tələb edir. Şəhərlərimiz həm iqlim dəyişikliyinin, həm də yüksək seysmik risklərin ön xəttində yerləşir. Buna görə də “insanları necə təhlükəsiz, əlçatan və dayanıqlı şəkildə yerləşdirəcəyik?” sualı bizim üçün abstrakt deyil”.

Əşrəf Mehdiyev WUF13 Anar Quliyev Mərkəzi və Qərbi Asiya Urbanizasiya

Mənbə: apa.az

Xəbər Lenti