Mayra Mendoza: Latın Amerikasında şəhər əhalisinin 30%-dən çoxu qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır

Mayra Mendoza: Latın Amerikasında şəhər əhalisinin 30%-dən çoxu qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır

Tarix: 19 May 2026 16:49

Latın Amerikasında şəhər əhalisinin 30%-dən çoxu qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (WUF13) “Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi” adlı dəyirmi masada Argentinanın Quilmes şəhərinin meri Mayra Mendoza bildirib.

Onun sözlərinə görə, regionda milyonlarla insan sıx məskunlaşma, içməli suya çıxışın məhdudluğu və sosial-şəhər infrastrukturunun çatışmazlığı ilə üzləşir.

M. Mendoza qeyd edib ki, mənzil təminatı insan hüququdur və bu məsələ imtiyaz kimi deyil, dövlət və cəmiyyət tərəfindən təmin edilməli olan fundamental hüquq kimi qəbul edilməlidir.

O bildirib ki, Latın Amerikasında urbanizasiyanın sürətlənməsi və dərin sosial bərabərsizliklər mənzil problemini daha da kəskinləşdirir.

Quilmes şəhərinin meri vurğulayıb ki, iqlim dəyişiklikləri və ekoloji risklər xüsusilə qlobal cənub ölkələrində yaşayan həssas icmaların vəziyyətini ağırlaşdırır.

Onun sözlərinə görə, adekvat mənzil təminatı sosial ədalətin və dayanıqlı şəhər inkişafının əsas şərtlərindən biridir.

Rahim Tarıverdiyev Wuf13 Argentina Quilmes mer Mayra Mendoza Latın Amerikası şəhər əhalisi mənzil

Mənbə: apa.az

Xəbər Lenti