Nigeriyalı nazir: Bəşəriyyətin gələcəyi şəhərlərlə daha çox bağlıdır

Nigeriyalı nazir: Bəşəriyyətin gələcəyi şəhərlərlə daha çox bağlıdır

Tarix: 19 May 2026 16:46

Bütün dünyada şəhər əhalisi görünməmiş sürətlə artır. Bu isə mənzil təminatına, nəqliyyat sistemlərinə, infrastruktura, enerji təminatına, ekoloji davamlılığa, ictimai xidmətlərə böyük təzyiq yaradır. APA xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində “D-8 ölkələrinin Yüksək Səviyyəli Enerji və Urban Dialoqu" tədbirində Nigeriya Federativ Respublikasının Mənzil və Şəhərsalma Nazirliyinin daimi katibi Shuaib Belgore deyib.

O qeyd edib ki, şəhərlər iqtisadi inkişafın, innovasiyanın mühərrikinə çevrilib:

“Lakin eyni zamanda onlar iqlim dəyişikliyi, enerji təhlükəsizliyi problemləri, ekoloji deqradasiya, sosial bərabərsizliklər qarşısında daha həssasdır. Bu gün şəhərsalma və enerji sistemləri ilə bağlı verəcəyimiz qərarlar ölkələrimizin gələcək dayanıqlığını, rifahını, davamlı inkişafını müəyyən edəcək”.

O vurğulayıb ki, Nigeriya üçün bu məsələlər xüsusilə vacibdir.

“Çünki Nigeriya dünyanın ən sürətli urbanizasiya olunan ölkələrindən biridir. Şəhərlərimizdə əhali sürətlə artır, mənzilə tələbat yüksəlir, enerji istehlakı artır. Bu reallıq davamlılığı, dayanıqlılığı, inklüzivliyi mərkəzə qoyan planlaşdırma yanaşmalarını zəruri edir. Nigeriya Federal Hökuməti infrastruktur inkişafı, əlçatan mənzil təminatı, iqtisadi inkişaf, davamlı urbanizasiya vasitəsilə insanların həyat keyfiyyətini yaxşılaşdırmağa yönəlmiş islahatlar həyata keçirir. Bu forumda bir daha anlayırıq ki, bəşəriyyətin gələcəyi getdikcə daha çox şəhərlərlə bağlıdır. Bizim ortaq məsuliyyətimiz isə şəhərlərin imkan, dayanıqlılıq, davamlı inkişaf, insan ləyaqəti mərkəzlərinə çevirməkdir. Nigeriya D-8 ölkələri və beynəlxalq tərəfdaşlarla birlikdə davamlı şəhər inkişafını, təmiz enerji inteqrasiyasını dəstəkləyən siyasət və təşəbbüsləri inkişaf etdirməyə tam sadiqdir”.

Əşrəf Mehdiyev WUF13 WUF13Azerbaijan Baku2026 WorldUrbanForum Nigeriya

Mənbə: apa.az

Xəbər Lenti