Qazaxıstan rəsmisi: Şəhər inkişafına uzunmüddətli yanaşma vacibdir

Qazaxıstan rəsmisi: Şəhər inkişafına uzunmüddətli yanaşma vacibdir

Tarix: 19 May 2026 18:10

Bu gün sürətlənən urbanizasiya, iqlim dəyişiklikləri, dövlət idarəçiliyinin keyfiyyətinə artan tələblər fonunda şəhər inkişafına sistemli və uzunmüddətli yanaşma daha da vacib olur.

APA xəbər verir ki, bunu Bakıda bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Yüksək Səviyyəli Şəhər Dialoqunda Qazaxıstanın sənaye və tikinti nazir müavini Rakhymzhan Isakulov deyib.

O, Qazaxıstanın bu yanaşmaya sadiq olduğunu vurğulayıb:

“Biz infrastruktur inkişafını, institusional islahatları, rəqəmsal transformasiyanı, ekoloji davamlılığı birləşdirən kompleks model tətbiq edirik. Biz inanırıq ki müasir şəhər insan ətrafında qurulmalıdır”.

Əşrəf Mehdiyev Qazaxıstan rəsmisi Şəhər inkişafı

Mənbə: apa.az

Xəbər Lenti