Nazir müavini: COP31-i praktik nəticələr ortaya qoyan zirvə halına gətirməyi hədəfləyirik

Nazir müavini: COP31-i praktik nəticələr ortaya qoyan zirvə halına gətirməyi hədəfləyirik

Tarix: 19 May 2026 18:05

Türkiyə olaraq 2026-cı ildə Antalyada keçiriləcək COP31-i bütün tərəflərin səsini eşidə biləcəyi, etimad yaradan, praktik nəticələr ortaya qoyan zirvə halına gətirməyi hədəfləyirik.

APA xəbər verir ki, bunu Bakıda bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Yüksək Səviyyəli Şəhər Dialoqunda Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi üzrə nazir müavini Hasan Suver deyib.

O qeyd edib ki, bu çərçivədə əsas prioritetlər iqlim maliyyəsinə çıxış, texnologiya əməkdaşlığı, bank sektoruna uyğun layihə portfelləri, karbon bazarları, dayanıqlı şəhər tətbiqləridir:

“Eyni zamanda fəlakətlərdən zərər görmüş şəhərlərin daha təhlükəsiz, davamlı, insan mərkəzli şəkildə yenidən qurulmasına nümunə yaradırıq. Bu çərçivədə “Dayanıqlı Şəhərlər Deklarasiyası”nın maliyyə bazasını gücləndirmək üçün Sustainable Cities Resilience Fund adlı beynəlxalq fond üzərində işləyirik.

Türkiyə 2053-cü il xalis sıfır emissiya hədəfi istiqamətində yaşıl inkişaf vizyonunu qətiyyətlə davam etdirir”.

Əşrəf Mehdiyev

Mənbə: apa.az

Xəbər Lenti