Mənzil Korporasiyası: Livanda 70 şəhər və kənddə böyük dağıntılar qeydə alınıb

Mənzil Korporasiyası: Livanda 70 şəhər və kənddə böyük dağıntılar qeydə alınıb

Tarix: 20 May 2026 11:38

"Müharibələr mənzillərin təminatı ilə bağlı ciddi çətinliklər yaradır".

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil insan hüququ kimi: Ərəb dünyası üçün regional baxışlar və strategiyalar” sessiyasında Livanda Mənzil üzrə Publik Korporasiyanın İdarə Heyətinin sədri və baş direktoru Rony Lahoud deyib.

O bildirib ki, Livanda təxminən 70 şəhər və kənddə böyük dağıntılar qeydə alınıb, o cümlədən xəstəxana və məktəblər ciddi zərər görüb: “2019-cu ildən bəri mənzil sahəsində maliyyə imkanlarının məhdudluğu ciddi problem olaraq qalır. Biz dövlət və özəl sektor arasında əməkdaşlıq edirik. Məqsədimiz sosial sabitliyin təmin olunmasıdır. Hazırda ən azı 65 müxtəlif sektor bu istiqamətdə birgə fəaliyyət göstərərək, qarşıya qoyulan hədəflərə nail olmağa çalışır. Qeyri-qanuni yaşayış sahələrinin artması da müşahidə olunur. Aparılan təhlillər göstərir ki, bu cür qanunsuz tikililər mərhələli şəkildə aradan qaldırılmalıdır. 2024-cü ildən bu sahədə tədbirlər həyata keçirilir və ümumilikdə 11 milyard dollar vəsait ayrılıb”, - deyə o vurğulayıb.

Gülcahan İmanqızı

Mənbə: apa.az

Xəbər Lenti