Cümə axşamı, 23 İyul, 2026
Tarix: 20 May 2026 17:44
Qeyri-rəsmi məskunlaşmaların necə böyüdüyünü anlamaq və qeyri-rəsmi məskunlaşmaların dinamikasını başa düşmək üçün müəyyən məkanlarda tikinti səviyyəsi öyrənilir.
APA xəbər verir ki, bu barədə WUF13 çərçivəsində keçirilən "Qeyri-formal yaşayış məntəqələrinin transformasiyası: məlumatlar, standartlar və praktika - BMT-Habitat Arena” tədbirində UNITAC proqramının nümayəndəsi Sofi Naue bildirib.
“Biz əsasən müxtəlif qeyri-rəsmi məskunlaşma kontekstlərində bina izlərinin forma fayllarını tez bir zamanda yaratmaq üçün alət hazırladıq", - Sofi Naue qeyd edib.
Onun sözlərinə görə, qeyri-rəsmi yaşayış məntəqələri haqqında ətraflı məlumat əldə etmək üçün havadan və ya peykdən, yüksək ayırdetməli, ictimaiyyətə açıq olmayan təsvirlərdən istifadə olunur.
Emil İsmayılov WUF13 BMT-Habitat Arena UNITAC
Mənbə: apa.az