Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 01 Dec 2023 04:19
Sumqayıtda avtomobil qəzasında ölən piyadanın şəxsiyyəti müəyyən edilib.
APA xəbər verir ki, zərərçəkən 1980-ci il təvəllülüdlü Saray qəsəbə sakini Samir Nüsrət oğlu Əsədovdur.
***
23.23
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.
“Mercedes” markalı avtomobil yolu keçmək istəyən hələlik şəxsiyyəti məlum olmayan 40-50 yaşlarında kişini vurub. Piyada hadisə yerində ölüb.
Sürücü saxlanılıb. Fakt araşdırılır.
Mənbə: apa.az