Cümə axşamı, 23 İyul, 2026
Tarix: 21 May 2026 12:26
Bizim əsas məqsədimiz Böyük Qayıdış proqramının birinci mərhələsinin hədəflərinə çatmaq idi.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “BBB Publication (TBC)” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, bu mərhələ 2022–2026-cı illəri əhatə edir və bu il başa çatır.
“Qürurla deyə bilərik ki, azad olunmuş bütün ərazilərdə bu hədəflərin demək olar ki, hamısına nail olunub. Proqramın tamamlanması üçün hələ vaxt var”, – deyə Aydın Kərimov qeyd edib.
Gülcahan İmanqızı WUF13 Böyük Qayıdış proqramıMənbə: apa.az