Komissar: WUF13 ada dövlətlərinin problemlərini qlobal gündəliyə çıxarmaq üçün mühüm platformadır

Komissar: WUF13 ada dövlətlərinin problemlərini qlobal gündəliyə çıxarmaq üçün mühüm platformadır

Tarix: 21 May 2026 14:15

WUF13 ada dövlətlərinin problemlərini qlobal gündəliyə çıxarmaq üçün mühüm platformadır.

“APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Kiçik Ada İnkişaf Etməkdə Olan Dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və davamlı turizm” mövzusunda xüsusi sessiyada İqtisadiyyat və Su Komissiyasının qlobal komissarı Henk Ovink deyib.

O bildirib ki, Ümumdünya Şəhərsalma Forumu (WUF13) kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin şəhərsalma və iqtisadi inkişaf gündəliyinə daxil edilməsi üçün mühüm imkan yaradır.

Henk Ovink qeyd edib ki, bu il qlobal iqlim və davamlı inkişaf gündəliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, WUF-dan sonra BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyası (UNCCD), Biomüxtəliflik üzrə COP və İqlim COP tədbirləri keçiriləcək, ilin sonunda isə Əbu-Dabidə BMT-nin Su Konfransı baş tutacaq.

O forum iştirakçılarını bu platformada səsləndirilən ideya və təklifləri bir araya gətirərək qlobal gündəliklər üçün yeni yanaşmalar formalaşdırmağa çağırıb.

Henk Ovink vurğulayıb ki, bu proses idarəetmə sistemlərinin, iqtisadi dəyər anlayışının və inkişaf modellərinin yenidən nəzərdən keçirilməsi üçün mühüm fürsət yaradır.

Rahim Tarıverdiyev WUF13 WUF13Azerbaijan Baku2026 WorldUrbanForum İqtisadiyyat və Su Komissiyas komissar Henk Ovink

Mənbə: apa.az

Xəbər Lenti