Kəlbəcərdə 5 kəndin layihələndirməsi tamamlanıb, 3-ü üzrə isə işlər davam etdirilir

Kəlbəcərdə 5 kəndin layihələndirməsi tamamlanıb, 3-ü üzrə isə işlər davam etdirilir

Tarix: 21 May 2026 17:50

Kəlbəcərin Otaqlı, Çıraq, Qamışlı, Zallar və Yanşaq kəndlərinin layihələndirmə işləri tamamlanıb və ekspertiza yoxlamasındadır, Çaykənd, Çəpli, Dalqılınclı kəndlərinin layihələndirmə işləri isə davam etməkdədir.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Laçın&Kəlbəcər: Urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol” adlı tədbirdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib.

O bildirib ki, azad edilmiş ərazilərdə təhlükəsiz yaşayış mühitinin yaradılması və qayıdış prosesinin sürətləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Kəlbəcər şəhərinin birinci mərhələsi üzrə tikinti işləri tamamlanıb və yaşayış mənzilləri artıq istifadəyə verilib: “Eyni zamanda ikinci, üçüncü və dördüncü yaşayış məhəllələrinin layihələndirmə və ekspertiza mərhələləri davam edir. Çaykənd, Çəpli, Dalqılınclı kəndləri üzrə layihələndirmə işləri isə davam edir".

Qeyd olunub ki, Kəlbəcər şəhərində 2,42 hektar və 10,1 hektar ərazini əhatə edən inzibati binaların layihələndirmə işləri davam etdirilir.

Kəlbəcərdə İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisi də planlaşdırılır. Bundan əlavə, Kəlbəcər şəhərində inşa olunan təhsil kompleksi üzrə tikinti işləri davam edir.

Firuzə Vahid Kəlbəcər Otaqlı Çıraq Qamışlı Zallar Yanşaq

Mənbə: apa.az

Xəbər Lenti