Yunanıstan səfiri: “Azərbaycanın uğurlu COP29 sammiti keçirəcəyindən əminik”

Tarix: 02 Apr 2024 20:36

Azərbaycanın bir neçə aydan sonra həm təşkilatı, həm də mahiyyət etibarilə Bakıda uğurlu COP29 sammiti keçirəcəyindən əminik.

APA xəbər verir ki, bunu Yunanıstanın Azərbaycandakı səfiri Xristos Kapodistrias Bakıda Yunanıstanın Milli Gününə həsr olunmuş tədbirdə deyib.

“İkitərəfli münasibətlərimizin böyük potensialına əmin olduğum üçün, baxışlarımızın üst-üstə düşdüyünü bilirəm”, - Kapodistrias əlavə edib.

Xəbər Lenti