Cümə axşamı, 23 İyul, 2026
Tarix: 22 May 2026 11:31
Dünyanın istənilən dövlətinin tarixini zənginləşdirə biləcək möhtəşəm tədbirlər, möhtəşəm hadisələr, möhtəşəm miqyas, ölkəmizə ayrılan inanılmaz beynəlxalq diqqət və nəhayət qibtə edilən, hətta bəzən aqressiv olan informasiya aktivliyi – bütün bunları yaşadığımız həftə ərzində görə bildik. Bəli, ölkəmizdə beynəlxalq siyasi stereotipləri dəyişdirə biləcək və yeni tendensiyaların yaranmasına səbəb ola biləcək hadisələr yaşandı. Deyə bilərik ki, Bakı dünyanın ekspert camiyəsinin və siyasi isteblişmentin mərkəzinə çevrilmişdir. Strateji hədəflərdən yayındıran bəzi təfərrüatlardan uzaqlaşsaq görə bilərik ki, yaşadığımız həftənin siyasi və beynəlxalq tutumu o qədər böyükdür ki, dünyanın bir çox ölkələri bu cür miqyası öz tarixlərində heç görməyib. Əlbəttə, beynəlxalq hüquq işləməyən və dünyada təkrar olaraq qütbləşmə tendensiyaları müşahidə olunan tarixi dövrdə bu cür miqyasa iddialı olmaq məsələsi özü belə cəsarət tələb edir. Ən azından ona görə ki, bu cür iddianı region və dünyada həzm edə bilməyənlərin sayı heç də az deyil. Axı bu “iddia” ilk növbədə müstəqil siyasətin təzahürüdür. Azərbaycanın müstəqil siyasət aparmaq bacarığına malik olması isə hələ də bəzilərinin geosiyasi strategiyalarına görə qəbulolunmazdır. Qeyd etdiyimiz sərt geosiyasi həqiqəti heç zaman unutmamalıyıq.
WUF13 Prezident İlham ƏliyevMənbə: apa.az