Cümə axşamı, 23 İyul, 2026
Tarix: 22 May 2026 11:04
22 may 2026-cı il tarixində saat 15:00-da Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimi keçiriləcək.
APA xəbər verir ki, bununla əlaqədar olaraq, tədbir iştirakçılarının Nəqliyyat Mübadilə Mərkəzlərindən WUF13 tədbir məkanına daşınması saat 13:00-dək təmin ediləcək.
Tədbir məkanını ziyarət edəcək və ya bağlanış mərasimində iştirak edəcək şəxslərdən qeyd edilənləri nəzərə alması xahiş olunur.
Ümumdünya Şəhərsalma Forumu WUF13Mənbə: apa.az