BMT rəsmisi WUF13-ün uğurlu təşkilinə görə Azərbaycana təşəkkür edib

BMT rəsmisi WUF13-ün uğurlu təşkilinə görə Azərbaycana təşəkkür edib

Tarix: 22 May 2026 12:29

Ümumdünya Şəhərsalma Forumu (WUF) çox mühüm təşəbbüsdür və tarixdə şəhərsalma ilə bağlı keçirilən ən böyük forumdur.

APA xəbər verir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Baş icraçı katibin müavini Dmitri Mariyasin WUF13 çərçivəsində keçirilən “Şəhərsalma planlaşdırılmasında iqlim hədəflərinə nail olmaq üçün Strateji Ekoloji Qiymətləndirmə aləti” mövzusunda sessiyada deyib.

O, WUF13-ün uğurlu təşkilinə görə Azərbaycana təşəkkür edib.

BMT rəsmisi vurğulayıb ki, ekologiya mövzusu tez-tez gündəmdə olan bir məsələ deyil və kifayət qədər diqqət çəkmir, lakin diqqət çəkməlidir, çünki bu, gələcəklə bağlıdır

“Bu, rəqabət qabiliyyətlilik, seçimlər və düzgün qərarların verilməsi ilə birbaşa bağlıdır”, - o əlavə edib.

Gülcahan İmanqızı BMT-nin Avropa İqtisadi Komissiyası UNECE Dmitry Mariyasin

Mənbə: apa.az

Xəbər Lenti