Cümə, 22 May, 2026
Tarix: 22 May 2026 13:52
BMT Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə fəaliyyətinə dəstəyini davam etdirir.
"APA-Economics" xəbər verir ki, bunu BMT Baş katibinin müavini Əminə Məhəmməd WUF13-ün rəsmi bağlanış mətbuat konfransında deyib.
O bildirib ki, Qarabağda həyata keçirilən bərpa və reinteqrasiya proqramları Azərbaycan hökumətinin səlahiyyətində olan məsələdir və davamlı sülhün təmin edilməsinə xidmət edir.
Əminə Məhəmməd qeyd edib ki, BMT hazırda Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərir.
“Bu, çox vacib fəaliyyətdir. Proses uzun müddət tələb edəcək. Eyni zamanda, bu iş etimadın formalaşdırılmasının və insanlar üçün daha təhlükəsiz icmaların yaradılmasının tərkib hissəsidir”, - BMT Baş katibinin müavini vurğulayıb.
Onun sözlərinə görə, təhlükəsiz yaşayış mühitinin yaradılması insanların öz evlərinə və icmalarına qayıdışı üçün əsas şərtlərdən biridir.
Rahim Tarıverdiyev BMT Baş katibinin müavini Amina Mohammed WUF13 Qarabağda minatəmizləməMənbə: apa.az