Anar Quliyev: 27 dövlət və hökumət başçısının iştirakı WUF13 üçün tarixi mərhələ kimi qiymətləndirilir

Anar Quliyev: 27 dövlət və hökumət başçısının iştirakı WUF13 üçün tarixi mərhələ kimi qiymətləndirilir

Tarix: 22 May 2026 15:42

WUF13 tarixində ilk dəfə liderlər sammiti keçirilib.

APA xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə WUF13 mühüm dönüş nöqtələrindən biri olub.

Anar Quliyev qeyd edib ki, 27 dövlət və hökumət başçısının iştirakı tədbir üçün tarixi bir mərhələ kimi qiymətləndirilib.

Gülcahan İmanqızı Şəhərsalma və Arxitektura Komitəsi Anar Quliyev WUF13

Mənbə: apa.az

Xəbər Lenti