Anar Quliyev: Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə hazırlaşır

Anar Quliyev: Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə hazırlaşır

Tarix: 22 May 2026 16:15

Azərbaycan cəmi bir neçə həftədən sonra - iyunun 5-də Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününə hazırlaşır.

APA xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimində WUF13-ün Milli Koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O bildirib ki, tədbir çərçivəsində mütəxəssislər və praktiklər iqlim məsələlərini müzakirə etmək üçün bir araya gələcəklər.

“Biz bu platformadan iqlim dəyişiklikləri kontekstində şəhər inkişafı ilə bağlı çağırışların daha geniş şəkildə müzakirəsi üçün istifadə edəcəyik”, – Anar Quliyev vurğulayıb.

Gülcahan İmanqızı Şəhərsalma və Arxitektura Komitəsi Anar Quliyev WUF13

Mənbə: apa.az

Xəbər Lenti