Cümə, 22 May, 2026
Tarix: 22 May 2026 16:05
"WUF13 boyunca Azərbaycan dayanıqlı şəhərsalma, milli şəhər forumlarının təşkili, eləcə də işğaldan azad edilmiş Qarabağla Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı yenidənqurma və dirçəliş işləri ilə bağlı təcrübəsini bölüşüb".
APA xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimində WUF13-ün Milli Koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Anar Quliyev deyib.
O bildirib ki, həmin ərazilər işğal dövründə urbisid, ekosid və kultursidə məruz qalıb.
“Bu ərazilərdə həyata keçirilən yenidənqurma prosesi miqyasına görə misilsizdir və digər postmünaqişə vəziyyətləri üçün nümunə ola bilər. Ölkə öz maliyyə resursları və milli potensialı hesabına Böyük Qayıdış proqramı çərçivəsində məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışını təmin edir. Hazırda təxminən 110 şəhər, qəsəbə və kənd üzrə planlar artıq təsdiqlənib, digər yaşayış məntəqələri üzrə planlar isə hazırlanma mərhələsindədir”, – o qeyd edib.
Gülcahan İmanqızı WUF13
Mənbə: apa.az