Cümə, 22 May, 2026
Tarix: 22 May 2026 15:59
Dünya mənzil sahəsində məhdud irəliləyiş mərhələsindən çıxaraq sistemli transformasiyaya keçməlidir.
APA xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) bağlanış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.
Onun sözlərinə görə, WUF13 rekord sayda iştirakçını bir araya gətirib. Forumda 176 ölkədən 57 min nəfər iştirak edib, onlardan 3 mindən çoxu tədbirə onlayn qoşulub.
Rossbax bildirib ki, dünya mənzil təminatının gələcəyi baxımından həlledici məqamda dayanır və artıq hərəkətsizliyə yer yoxdur.
“Mənzil sistemləri bərabərsizlik, spekulyasiya, zəif idarəetmə, sürətli urbanizasiya, məcburi köçkünlük və iqlim böhranının təsirləri səbəbindən ciddi təzyiq altındadır. Mənzil bazarları insanların ehtiyaclarını qarşılamaqda uğursuz olur. Nəticədə milyardlarla insan qeyri-adekvat, təhlükəli və əlçatmaz yaşayış şəraiti ilə üzləşir”, – o qeyd edib.
UN-Habitat rəhbəri vurğulayıb ki, mövcud çağırışlara baxmayaraq, vəziyyətin dəyişdirilməsi üçün həm aydın baxış, həm də siyasi iradə formalaşmaqdadır.
Rahim Tarıverdiyev UN-Habitat rəhbəri mənzil sahəsi sistemli transformasiyaMənbə: apa.az