WUF-a sədrlik Azərbaycandan Meksikaya təhvil verilib

WUF-a sədrlik Azərbaycandan Meksikaya təhvil verilib

Tarix: 22 May 2026 17:06

Ümumdünya Şəhərsalma Forumuna (WUF) sədrliyin Azərbaycandan Meksikaya təhvil verilməsi mərasimi keçirilib.

APA xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax və WUF13-ün Milli Koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Forumun simvolunu Meksika tərəfinə təhvil verib.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun növbəti sessiyası (WUF14) Meksikanın paytaxtı Mexikoda keçiriləcək.

Firuzə Vahid

Mənbə: apa.az

Xəbər Lenti