Sabirabadda Kür çayında suyun səviyyəsi artıb

Sabirabadda Kür çayında suyun səviyyəsi artıb

Tarix: 22 May 2026 19:44

Sabirabadda bir gün ərzində Kür çayında suyun səviyyəsi 18 sm artıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, son günlər yağan aramsız yağışlar Kür çayında suyun səviyyəsini artmasına səbəb olub.

Sabirabadda bəzi ərazilərdə meşə sahələri suyun altında qalıb. Növbəti günlərdə də suyun səviyyəsinin qalxması gözlənilir.

Daşqın suları sahilboyu yerləşən Tuqay meşələri istiqamətində yayılıb və həmin ərazilərdə su basma halları müşahidə olunur. Bəzi yerlərdə qrunt sularının səviyyəsinin qalxmasına səbəb olub. Bəzi yerlədə çay məcrasından çıxaraq mühafizə bəndinə yaxınlaşıb.

ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən APA-ya verilən məlumata görə, hazırda Kür çayının Ağstafa rayonunun ərazisindən keçən hissəsində suyun səviyyəsi ötən günlə müqayisədə 7 sm azalaraq 432 sm, Yevlax rayonu ərazisində 3 sm artaraq 566 sm, Zərdab rayonu ərazisində 3 sm azalaraq 840 sm, Sabirabad rayonu ərazisində 18 sm artaraq 835 sm, Şirvan rayonu ərazisində 5 sm artaraq 680 sm, Salyan rayonu ərazisində 17 sm artaraq 770 sm, Neftçala rayonu ərazisində 2 sm azalaraq 278 sm olaraq qeydə alınıb.

Əlibəy Zeynallı
Sabirabadda Kür çayında suyun səviyyəsi artıb
Sabirabadda Kür çayında suyun səviyyəsi artıb
Sabirabadda Kür çayında suyun səviyyəsi artıb
Sabirabadda Kür çayında suyun səviyyəsi artıb

Mənbə: apa.az

Xəbər Lenti