"Fənərbaxça" və "Trabzonspor"un cəzaları açıqlanıb

Tarix: 03.04.2024 16:05

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Trabzonspor" və “Fənərbaxça” ilə bağlı qərar qəbul edib.

Apasport.az xəbər verir ki, bu barədə TFF İntizam Komitəsi məlumat yayıb.

“Fənərbaxça”nın 2 futbolçusu - Ceyden Ostervolde və İrfan Can Eğribayat bir oyunluq cəza alıblar. Osayi Samuel isə cəza verilməyib.

"Trabzonspor" isə qarşıdakı 6 ev oyununu azarkeşsiz keçirəcək. "Trabzonspor"un məşqçisi Egemen Korkmaz da bir görüşdə texniki zonada yer almayacaq.

Qeyd edək ki, Superliqanın 30-cu həftəsinin "Trabzonspor"-"Fənərbaxça" qarşılaşmasından sonra "sarı-lacivərdlilər" 3:2 hesablı qələbəyə sevinərkən meydana daxil olan azarkeşlərlə İstanbul klubunun futbolçuları arasında insident yaşanıb. Tərəfdarlar final fitindən sonra oyunçulara hücum ediblər. Hadisəyə təhlükəsizlik əməkdaşları müdaxilə ediblər.

Xəbər Lenti