Bazar ertəsi, 25 May, 2026
Tarix: 25 May 2026 14:43
Paytaxtın Səməd Vurğun və Mərdanov qardaşları küçələrində mövcud küçə parklanma yerlərinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb.
Bu barədə "APA-Economisc"ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Belə ki, Səməd Vurğun küçəsi, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının qarşısında “3.28” - “durmaq qadağandır” yol nişanı quraşdırılaraq minib-düşmə yeri təşkil olunub. Eyni zamanda “5.14” – “minik taksilərinin duracaq yeri” yol nişanı yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.
Bundan əlavə, Mərdanov qardaşları küçəsi, Respublika Pediatriya Mərkəzinin və Kliniki Tibbi Mərkəzin qarşılarında “3.28” - “durmaq qadağandır” nişanları quraşdırılaraq minib-düşmə yerləri təşkil edilib.
Emil İsmayılov AYNA


Mənbə: apa.az