"Qarabağ"ın futbolçusu Toral Bayramov "Bursaspor"a transfer olunub

"Qarabağ"ın futbolçusu Toral Bayramov "Bursaspor"a transfer olunub

Tarix: 25 May 2026 17:23

"Qarabağ"ın futbolçusu Toral Bayramov karyerasını Türkiyədə davam etdirəcək.

Apasport.az xəbər verir ki, Ağdam klubunun mətbuat xidməti Toral Bayramovun "Bursaspor"a transfer olunduğunu açıqlayıb.

Bildirilib ki, klublar arasında aparılan danışıqların uğurla yekunlaşması və futbolçunun legioner karyerasını davam etdirmək istəyinə hörmətlə yanaşılması nəticəsində tərəflər arasında razılıq əldə olunub.

2020-ci ildən "Qarabağ"ın əsas komandasında çıxış edən Toral Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub. O, 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb. Toral Bayramov millidə keçirdiyi 40 oyunda 5 qola imza atıb.

Toral Bayramov Qarabağ Bursaspor transfer

Mənbə: apa.az

Xəbər Lenti