QMi sədri: Həccdə olan zəvvarlar ziyarəti tamamlayıb

QMi sədri: Həccdə olan zəvvarlar ziyarəti tamamlayıb

Tarix: 27 May 2026 09:32

Həccdə olan zəvvarlar ziyarəti tamamlayıb.

APA xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, zəvvarlar artıq Mina, Ərafəti ziyarət edib, həcc adını alıblar:

"Bu gün orada qurbanlar kəsiləcək. Hər il olduğu kimi bu il də müqəddəs torpaqlarda ümummilli lider Heydər Əliyev və şəhidlərin adına qurbanlar kəsiləcək".

Emin Şirvanzadə Qafqaz Müsəlmanları İdarəsi Şeyxülislam Allahşükür Paşazadə

Mənbə: apa.az

Xəbər Lenti