Çərşənbə, 27 May, 2026
Tarix: 27 May 2026 09:51
Gəncədə Qurban bayramı münasibətilə bayram namazı qılınıb.
APA-nın yerli bürosunun məlumatına görə, bayram namazı şəhərin bütün məscidlərində eyni vaxtda qılınıb. Yüzlərlə şəhər sakininin qatıldığı ibadətdə dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi-bərəkət arzulanıb. Həmçinin şəhərin “Kəpəz Bazarı” ASC-də, “İmamzadə” Dini Kompleksinin qurbangahında, M. Bağırov küçəsində və keçmiş “Ət kombinatı”nın ərazisində müəyyən edilmiş satış və kəsim məntəqələrində baytarlıq nəzarətindən keçmiş heyvanların kəsimi həyata keçirilib. Qurbanlar sanitar-gigiyenik tələblər gözlənilməklə və İslam qaydalarına uyğun şəkildə kəsilib.
Fuad Nazimoğlu Gəncə Qurban bayramı

Mənbə: apa.az