Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 04 Apr 2024 14:14
Bakı şəhərinin Yasamal rayonunda yanğın olub.
APA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 75 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.