Çərşənbə, 27 May, 2026
Tarix: 27 May 2026 12:13
4 aprel 2015-ci ildə “Fənərbaxça” futbol klubunun avtobusuna edilən silahlı hücumla bağlı istintaq bərpa olunub.
NTV xəbər verir ki, bu barədə Türkiyə Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ədliyyə naziri Akın Gürlek bununla bağlı tapşırıq verib.
Qeyd edək ki, 11 il əvvəl Türkiyədə “Fənərbaxça” futbol klubunun avtobusuna silahlı hücum olub. Hadisə “Çaykur Rizəspor” oyunundan sonra içərisində “Fənərbaxça” klubunun üzvlərinin olduğu avtobus Trabzon aeroportuna gedərkən Rizə-Trabzon yolunda baş verib. Avtobusun sürücüsü yaralanaraq xəstəxanaya yerləşdirilib.
Mənbə: apa.az