Çərşənbə, 27 May, 2026
Tarix: 27 May 2026 14:07
Bakı şəhəri, Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb.
Bu barədə "APA-Economics"ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır.
Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək.
Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək.
Tikinti-bərpa işləri Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq aparılır.
İlahə Səlimova yol bərpa işləri Lökbatan–Güzdək yolu
Mənbə: apa.az