Çərşənbə, 27 May, 2026
Tarix: 27 May 2026 13:57
Qurban bayramında insanlar "Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət ediblər.
APA xəbər verir ki, ziyarətgah bu il də Naxçıvan Muxtar Respublikasına (MR) gələn yerli və xarici turistlərin ən çox ziyarət etdikləri məkanlardan biridir.
Qeyd edək ki, dəniz səviyyəsindən 1665 metr yüksəklikdə yerləşən ziyarətgah Culfa rayonundakı Haçadağ və Nəhəcir dağları arasındakı ərazidə yerləşir. Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə 1998-ci ildə kompleksdə abadlıq-bərpa işləri aparılıb. "Əshabi-Kəhf" ziyarətgahında "Yeddi kimsənə”, "Cənnət bağı", ziyarətgahda yerləşən məscid, "Qara daş”, "Damcıxana” insanların daha çox dualar edib ziyarət etdiyi məkanlardandır.
Ceyhun Məmmədov Qurban bayramı Naxçıvan Əshabi-Kəhf Ziyarətgahı













Mənbə: apa.az