Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 126 ton karbamid və 67 ton un yola salınıb - FOTO

Tarix: 28 May 2026 10:59

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

APA xəbər verir ki, 2 vaqondan ibarət çəkisi 126 ton olan karbamid və 1 vaqondan ibarət çəkisi 67 ton olan un bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 28 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Biləcəri stansiyası Böyük Kəsik
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 126 ton karbamid və 67 ton un yola salınıb - FOTO
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 126 ton karbamid və 67 ton un yola salınıb - FOTO
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 126 ton karbamid və 67 ton un yola salınıb - FOTO

Mənbə: apa.az

Xəbər Lenti