Cümə axşamı, 28 May, 2026
Tarix: 28 May 2026 12:25
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.
APA xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
Paylaşımda Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” sözlərinə yer verilib.
Bildirilib ki, 28 may 1918-ci ildə yüksələn müstəqillik ruhu bu gün Türkiyə və Azərbaycanın qəlbində yaşayır.
“Vətən uğrunda canlarından keçən əziz şəhidlərimizi mərhəmət və minnətdarlıqla xatırlayır və qəhrəman qazilərimizə təşəkkürümüzü bildiririk”, - paylaşımda deyilir.
Firuzə Vahid Türkiyə Müdafiə Nazirliyi 28 May – Müstəqlillik GünüMənbə: apa.az