Cümə axşamı, 28 May, 2026
Tarix: 28 May 2026 15:57
"Sabah" hücumçusu Pavol Şafranko ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, slovakiyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.
Pavol 2024-cü ildən "bayquşlar"ın uğurları üçün çalışırdı. O, "Sabah"ın heyətində keçirdiyi 55 oyunda 18 qol vurub, 3 məhsuldar ötürmə edib.
Təcrübəli hücumçu "Sabah"la bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.
Pavol ŞafrankoMənbə: apa.az