Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 04 Apr 2024 23:15
Bakı şəhəri, Nərimanov rayonu Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hərəkətdə olan üç avtomobil qəzaya uğrayıb.
Qəza səbəbindən Heydər Əliyev prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində 4 nəfər (kişi cinsli) xəsarət alıb. Onlardan 2 nəfər Kliniki Tibbi Mərkəzə, 2 nəfər isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
*** 22:51
Bakı şəhərinin Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hərəkətdə olan üç avtomobil qəzaya uğrayıb.
İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
Qəza səbəbindən Heydər Əliyev prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.








