Şənbə, 30 May, 2026
Tarix: 30 May 2026 23:01
Fransanın PSJ klubu UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.
APA xəbər verir ki, final qarşılaşmasında İngiltərənin “Arsenal” komandası ilə üz-üzə gələn Paris təmsilçisi penaltilər seriyasında qələbə qazanaraq tarixində növbəti Avropa zəfərinə imza atıb.
Oyunda hesabı 5-ci dəqiqədə “Arsenal”ın futbolçusu Kai Haverts açıb. PSJ isə 64-cü dəqiqədə Usman Dembelenin penaltidən vurduğu qolla tarazlığı bərpa edib.
Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib. PSJ futbolçuları rəqibini 4:3 hesabı ilə məğlub edərək UEFA Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıblar.
PSJ Arsenal ÇempionlarLiqası Futbol
Mənbə: apa.az