Cümə, 5 İyun, 2026
Tarix: 01 Jun 2026 11:06
Gürcüstanın Tbilisi şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Azərbaycan Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovaninin də iştirak etdiyi görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti, regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub. Tərəflər, həmçinin regionda sülhün və sabitliyin qorunmasının əhəmiyyətini diqqətə çatdırıb, Gürcüstan və Azərbaycan arasında müdafiə sahəsində strateji tərəfdaşlığın və əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıblar.
***
10.05
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşüb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.
Görüşdə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.
Gürcüstanla Azərbaycan arasında müdafiə sahəsində strateji tərəfdaşlığın və əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb.
Tərəflər regionda sülh və sabitliyin vacibliyinə xüsusi diqqət yönəldiblər.
Görüşdə Gürcüstan Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani də iştirak edib.
Cəmilə Babayeva Gürcüstan Baş naziri İrakli Kobaxidze Azərbaycan müdafiə naziri Zakir Həsənov
Mənbə: apa.az