Gürcüstan İqtisadiyyat Nazirliyi: BTQ bölgənin nəqliyyat əlçatanlığını möhkəmləndirəcək

Gürcüstan İqtisadiyyat Nazirliyi: BTQ bölgənin nəqliyyat əlçatanlığını möhkəmləndirəcək

Tarix: 01 Jun 2026 17:11

Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiya arasında əlaqələrin güclənməsində mühüm rol oynayan Gürcüstan, Azərbaycan və Türkiyənin birgə strateji layihəsidir.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, yeni dəmir yolu marşrutu regionda əlavə ötürücülük qabiliyyəti yaradır, yük daşımalarının şaxələndirilməsinə əhəmiyyətli töhfə verir və bölgənin nəqliyyat əlçatanlığını möhkəmləndirir.

"BTQ üzrə yük daşımalarının həcmi ildən ilə artır. Xəttin tam istismara verilməsindən sonra layihənin ötürücülük qabiliyyəti 5 milyon tona qədər artacaq və bu da bölgəyə əlavə yükləri emal etməyə və nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə gücləndirməyə imkan verəcək", - məlumatda deyilir.

Cəmilə Babayeva Bakı-Tbilisi-Qars dəmir yolu xətti

Mənbə: apa.az

Xəbər Lenti