Çərşənbə axşamı, 2 İyun, 2026
Tarix: 01 Jun 2026 23:35
DÇ öncəsi millilərin yoldaşlıq görüşləri davam edir.
Apasport.az xəbər verir ki, Türkiyə millisi hazırlıq oyununda Şimali Makedoniya millisi ilə qarşılaşıb.
Görüş "ağ-qırmızılar"ın 4:0-lıq darmadağını ilə yekunlaşıb.
Türkiyə millisinin heyətində qolları Orkun Kökçü, Can Uzun, Deniz Gül, Barış Alper Yılmaz vurub.
Qeyd edək ki, 2026 Dünya Çempionatı iyunun 11-i start götürəcək.
Mənbə: apa.az