Uraloğlu: BTQ dəmir yolu xətti iştirakçı ölkələrin rifahına ciddi töhfə verəcək

Uraloğlu: BTQ dəmir yolu xətti iştirakçı ölkələrin rifahına ciddi töhfə verəcək

Tarix: 02 Jun 2026 15:11

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilmədən sonra istismara verilməsi iştirakçı ölkələrin rifahına ciddi töhfə verəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, layihə Türkiyə, Azərbaycan və Gürcüstan liderlərinin ortaya qoyduğu iradə ilə həyata keçirilib.

O qeyd edib ki, dünyada dəniz yolu dəhlizlərinin son zamanlarda üzləşdiyi sıxıntıları nəzərə alsaq, Orta Dəhlizin nə qədər qiymətli olduğunu daha yaxşı anlamaq olur.

Cəmilə Babayeva Bakı-Tbilisi-Qars dəmir yolu xətti Abdulkadir Uraloğlu

Mənbə: apa.az

Xəbər Lenti