Cümə, 5 İyun, 2026
Tarix: 03 Jun 2026 11:30
Azərbaycanın hərbi attaşesi general-mayor Zaur Zeynalov Türkiyəyə məxsus C-130 təyyarə qəzasında şəhid olan hərbçilərin ailəsini ziyarət edib.
APA xəbər verir ki, Azərbaycanın Türkiyədəki hərbi attaşesi şəhid Ramazan Yağız, şəhid Akın Karakuş və şəhid Cem Dolapcının ailələrini Amasyada ziyarət edib.
Ziyarət zamanı şəhidlərin ailəsinə başsağlığı mesajı çatdırılıb.
Qeyd edək ki, ötən il noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı şəhid olub.
təyyarə qəzası

Mənbə: apa.az