Gələn il Serbiya Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək

Gələn il Serbiya Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək

Tarix: 05 Jun 2026 11:46

Gələn il Serbiya Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edəcək.

APA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Azərbaycanın ev sahibliyi ilə keçirilən Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq tədbirdə deyib.

Nazir bildirib ki, növbəti Ümumdünya Ətraf Mühit Gününə və EXPO 2027-yə ev sahibliyi edəcək dost və strateji tərəfdaş ölkə Serbiyanı təbrik edir: “Həmkarım xanım Sara Pavkovaya tədbirimizdə iştirakına görə təşəkkür edir və uğurlar arzulayıram”.

Firuzə Vahid Serbiya Ümumdünya Ətraf Mühit Günü

Mənbə: apa.az

Xəbər Lenti