ADY bu il sərnişin daşınmasını 16% artırıb

ADY bu il sərnişin daşınmasını 16% artırıb

Tarix: 05 Jun 2026 18:29

"Azərbaycan Dəmir Yolları" QSC bu ilin yanvar-may aylarında ötən ilin eyni dövrü (təqribən 3.9 milyon) ilə müqayisədə 16% daha çox sərnişin daşıyıb.

Bu barədə "APA-Economics"ə ADY-dən bildirilib.

Qeyd olunan dövrdə Abşeron dairəvi dəmir yolu ilə 4.3 milyona yaxın (+16%), rayonlararası marşrutlarla isə təxminən 240 min sərnişin (+21%) səfər edib.

Eyni zamanda, ADY ilə səfər etmiş xarici turistlərin sayı 11 000 nəfəri ötüb, bu, ötən ilin eyni dövründən 6% çox olub.

Əşrəf Mehdiyev dəmir yolu sərnişin

Mənbə: apa.az

Xəbər Lenti