Türkiyə Venesuelanı məğlub edib

Türkiyə Venesuelanı məğlub edib

Tarix: 07 Jun 2026 04:16

DÇ 2026-ya hazırlaşan Türkiyə milli komandası növbəti yoxlama oyununu keçirib.

Apasport.az xəbər verir ki, Vinçenzo Montellanın yetirmələri Venesuela yığmasıyla üz-üzə gəlib.

Görüş ay ulduzluların 2:1-lik qələbəsiylə başa çatıb.

Matçın əvvəlində Mendozanın qoluyla 0:1 geriyə düşən Türkiyə ilk hissənin sonlarında Barış Alper Yılmazla bərabərliyi təmin edib.

İkinci hissədə Yunus Akgünün vurduğu qol komandaya qələbə qazandırıb.

Beləliklə, Türkiyə millisi Dünya çempionatı öncəsi son hazırlıq matçından qalibiyyətlə ayrılıb.

Qeyd edək ki, Türkiyə DÇ 2026-da D qrupunda qərarlaşıb. Onların qrupdakı rəqibləri Paraqvay, ABŞ və Avstraliya yığmalarıdır.

ApaSport Türkiyə Venesuela

Mənbə: apa.az

Xəbər Lenti