Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 06 Apr 2024 20:52
Biləsuvar rayonunda yanğın hadisəsi olub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.
Kənd sakini Fərzəli Ağamməd oğlu Əhmədova məxsus həyətyanı sahədə yerləşən yardımçı tikili alovlanıb.
Hadisə yerinə gələn Biləsuvar rayon yanğından mühafizə bölməsinin texnikası və canlı qüvvəsi yanğının genişlənməsinin qarşını alıb.
Ümümumi sahəsi 90 kv/m olan yardımçı tikilinin 6 kv/m çardaq hissəsi və tikilidə yığılan 750 kq ot kipinin 250 kq-ı yanıb.
Faktla bağlı araşdırma aparılır.