Bazar ertəsi, 8 İyun, 2026
Tarix: 07 Jun 2026 22:47
"Fənərbaxça"da prezident seçkiləri keçirilib.
Apasport.az xəbər verir ki, bu gün İstanbul klubunun növbədənkənar seçkilərində yeni prezidentin adına aydınlıq gəlib.
Seçkilərdə Aziz Yıldırım və Hakan Safi mübarizə aparıb. Klub üzvləri səsvermə yolu ilə ən azı növbəti 1 ildə "Fənərbaxça"ya rəhbərlik edəcək şəxsi seçiblər. Yıldırım səsvermədə aşkar üstünlüklə qələbə qazanıb. O, yenidən klubun prezidenti seçilib.
Qeyd edək ki, Aziz Yıldırım 1998-2018-ci illərdə "Fənərbaxça"nın prezidenti olub.
O, 2024-cü ildə keçirilən seçkilərdə Ali Koça məğlub olmuşdu.
Mənbə: apa.az